Home Gündəm Ceyhun Bayramov: Sülh müqaviləsi iki ölkə arasında münasibətlərin inkişafının əsasını yarada bilər

Ceyhun Bayramov: Sülh müqaviləsi iki ölkə arasında münasibətlərin inkişafının əsasını yarada bilər

80
0
SHARE

Düşünürəm ki, 2024-cü ildə Ermənistan tərəfi ilə fiziki görüşlər keçiriləcək. 2023-cü ildə bir neçə dəfə belə görüşlər olmuşdu. Sonradan görüşlər sırasında fasilə baş verdi. Biz bu məsələyə çox real, nikbin baxırıq.

TAN.AZ xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına məxsusi müsahibəsində söyləyib.

C.Bayramov bildirib ki, bu sülh müqaviləsinə hər şeyin 100 faiz həlli demək olmaz. Bu, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin əsasını yarada bilər.

“Sülh müqaviləsi normal qonşuluq münasibətlərinin əsasının qoyulması, ölkələr arasındakı prinsipləri müəyyənləşdirən bir saziş ola bilər. Azərbaycan dövləti olaraq bizdən asılı olan bütün addımları atacağıq”, – deyə o vurğulayıb.