Home Gündəm Seçicilər “ASAN xidmət”də adlarının siyahılarda olmasını yoxlaya biləcək

Seçicilər “ASAN xidmət”də adlarının siyahılarda olmasını yoxlaya biləcək

74
0
SHARE

7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakla bağlı “ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib.

“ASAN xidmət”dən verilən xəbərə görə, mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.

Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Əgər məlumatlar sistemdə əks olunmazsa, açılmış ekranda əlaqə məlumatlarını yazmaqla Mərkəzi Seçki Komissiyasına müraciət etmək imkanı da yaradılıb.

Sözügüdən innovativ həll Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb.

Gün ərzində “ASAN xidmət”ə 40 000-ə yaxın vətəndaş müraciəti daxil olur və vətəndaşlarımız növbə götürərərkən eyni vaxtda bu sistemdən istifadə etməklə harada səs verməli olduqlarını operativ şəkildə dəqiqləşdirə bilərlər.

***

14:16

“ASAN xidmət” mərkəzlərində seçicilərə “ASAN növbə” cihazları vasitəsilə adlarını seçici siyahılarında yoxlamaq üçün imkan yaradılıb.

TAN.AZ-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, MSK hər zaman İKT-nin mütərəqqi imkanlarından bəhrələnməyə çalışır: “İnanırıq ki, “ASAN xidmət” mərkəzləri seçicilərin istənilən vaxt yaxınlaşıb öz şəxsi məlumatlarını yoxlamaq üçün bir məkana çevriləcək. Seçilər həm də ənənəvi olaraq dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə, MSK-nın qaynar xəttinə müraciət etməklə, MSK-nın internet saytına adlarının seçici siyahısında olmasını yoxlaya bilər. Amma gündə 40 min insanın xidmətlərindən istfiadə etdiyi “ASAN xidmət” mərkəzləri daha geniş imkanlar yaradır”.