Home Manşet Milli Məclisin deputatı Azər Badamovun Qusarın Düztahir kəndinin seçiciləri ilə görüşü baş...

Milli Məclisin deputatı Azər Badamovun Qusarın Düztahir kəndinin seçiciləri ilə görüşü baş tutub

748
0
SHARE

Milli Məclisin deputatı Azər Badamovun Qusarın Düztahir kəndinin seçiciləri ilə görüşü baş tutub. Görüşdə pandemiyaya qarşı mübarizədə dövlətimizin uğurlarından, sağlamlıqlarının qorunması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinin hamı tərəfindən icra olunmasının vacibliyindən danışılıb. Kənd sakinləri kəndə asfalt yolu çəkildiyinə görə sevindiklərini və ölkə başçısına kənd sakinləri adından təşəkkürlərini çatdırmaqlarını xahiş ediblər. Sakinlər həm də müəyyən problemlərdən söz açaraq, qışda evlərin qızdırılması üçün yanacaq-odun limitinin az və baha olduqlarından şikayət ediblər. Məsələ müvafiq təşkilatla araşdırılması üçün qeydiyyata götürülüb.