Home Gündəm Prezident İlham Əliyev: Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur

Prezident İlham Əliyev: Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur

73
0
SHARE

Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür.

TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.