Home Gündəm Azərbaycanın Gürcüstandakı səfirliyi prezident seçkiləri ilə əlaqədar açıqlama yayıb

Azərbaycanın Gürcüstandakı səfirliyi prezident seçkiləri ilə əlaqədar açıqlama yayıb

81
0
SHARE

Ölkəmizin Gürcüstandakı səfirliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar açıqlama yayıb.

TAN.AZ xəbər verir ki, bəyanatda Gürcüstanda müvəqqəti yaşayan, təhsil alan və işləyən 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşlarına səfirlikdə yaradılmış seçki məntəqəsi ilə bağlı məlumat verilir.

Bildirilir ki, növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində (Tbilisi şəhəri, Vaxtanq Qorqasali küçəsi) 416 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı məntəqə seçki komissiyası yaradılıb. 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini – ümumvətəndaş pasportu, diplomatik pasport və ya xidməti pasportunu məntəqə seçki komissiyasına təqdim etməlidirlər:

Yuxarıda qeyd edilən müvafiq pasporta sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər.

Prezident seçkiləri ilə bağlı səsvermə fevralın 7-də Tbilisi vaxtı ilə saat 08:00-da başlayacaq və 19:00-dək davam edəcək.