Home Gündəm Azərbaycan və Türkiyə XİN başçıları Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Azərbaycan və Türkiyə XİN başçıları Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

75
0
SHARE

21 mart 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüş zamanı ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda davam edən uğurlu əməkdaşlığın regional inkişafa mühüm töhfələr verdiyi, bu xüsusda ticarət, enerji, təhlükəsizlik, nəqliyyat, elm-təhsil və bir çox digər istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyəti vurğulanıb. Bölgədə nəqliyyat dəhlizlərinin birgə inkişafının əhəmiyyəti qeyd edilib.

Nazir Ceyhun Bayramov həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi barədə həmkarına məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

***

saat 16.36

Xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Nüvə Enerjisi Sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşüb.

TAN.AZ-ın xəbərinə görə, bu barədə XİN-nin X hesabında paylaşım edilib.Qeyd edilib ki, nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlığın sahələrini müzakirə edib, regionda sülhməramlı səylərə toxunublar.