Home Gündəm Ceyhun Bayramov YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd Xalid El-Enani ilə görüşüb

Ceyhun Bayramov YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd Xalid El-Enani ilə görüşüb

78
0
SHARE

13 aprel 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) baş direktoru vəzifəsinə Misirin namizədi Xalid El-Enanini qəbul edib.

XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və YUNESKO arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər və ölkəmizin mövqeyi, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın YUNESKO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb, “Bakı Prosesi”, təhsil və humanitar sahələrdə irəli sürülmüş təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Misirin namizədinin seçki proqramında nəzərə alması məqsədəuyğun hesab edilən məsələlər barədə tövsiyələrimiz təqdim edilib.

Nazir Ceyhun Bayramov həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Azərbaycan ərazilərinin işğalı faktı, post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən ölkəmizin mədəni irsinin məhv edilməsindən bəhs edib. Ermənistanın törətdiyi dağıntıların YUNESKO missiyası tərəfindən qeydə alınması və ərazilərimizə səfərin təşkil edilməsi məqsədilə 20 ildən artıq bir müddət ərzində tərəfimizdən YUNESKO-ya çağırışlar edilməsinə baxmayaraq, Ermənistanın missiyaya mane olduğu, bu faktın YUNESKO-nun 2005-ci il tarixli hesabatında qeyd alındığı bildirilib.

Namizədə seçkil kampaniyasında uğurlar arzulanıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.