Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərindən narahatdır.
TAN.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşımında bildirib.
“Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”- deyə paylaşımda vurğulanıb.