Home Cəmiyyət “Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib

“Xınalıq”, “Keşikçidağ”, “Atəşgah məbədi” Dövlət Turizm Agentliyinin tabeliyinə keçirilib

575
0
SHARE

Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında dəyişiklik edib.

Trend-in məlumatına görə, müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 867; 2016, № 9, maddə 1558) aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi” üzrə:

1.1. 1.1-ci bəndin üçüncü abzasında, 6.6-cı bənddə, 1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 3.5.1-ci, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənd üzrə:

1.2.1. “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.2.2. “kollegiya qərarlarını” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını” sözləri əlavə edilsin;

1.3. 1.5-ci bənddə “fəaliyyətinə dair illik hesabatı” sözləri “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin;

1.4. 1.6-cı bənddə “təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur” sözləri “müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət TarixEtnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur” sözləri ilə əvəz edilsin;

1.5. 1.7-ci bənd üzrə:

1.5.1. “aiddir” sözündən sonra “və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir” sözləri əlavə edilsin;

1.5.2. ikinci cümlə ləğv edilsin;

1.5.3. aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir.”;

1.6. 2.1.3-cü yarımbənddə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Qoruqları İdarəetmə

Mərkəzi” sözləri ilə əvəz edilsin;

1.7. 2.1.4-cü yarımbəndin ikinci cümləsinə “qadağan edilməsi üçün” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilsin;

1.8. 2.1.5-ci yarımbənd üzrə:

1.8.1. birinci cümləsində “hazırlayır” sözü “Qoruqları İdarəetmə Mərkəzinə təqdim edir” sözləri ilə əvəz edilsin;

1.8.2. ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz olunsun və həmin cümləyə “təsdiq edildikdən sonra” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin,” sözləri əlavə edilsin;

1.9. 2.1.6-cı yarımbənd üzrə:

1.9.1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında” sözləri çıxarılsın;

1.9.2. “təmirini planlaşdırır və təşkil edir” sözləri “təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilsin;

1.9.3. “bu işlərin” sözlərindən əvvəl “Qoruqları İdarəetmə Mərkəzi” sözləri əlavə edilsin;

1.10. 2.1.7-ci yarımbəndə “Qoruq” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə olunsun və həmin yarımbənddə “tədbirlər görür” sözləri “Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilsin;

1.11. 2.1.10-cu yarımbənddə “inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir” sözləri “inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir” sözləri ilə əvəz edilsin;

1.12. 2.1.11-ci yarımbəndə “elmi tədqiqatlar” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə” sözləri əlavə edilsin;

1.13. 2.1.12-ci yarımbənd üzrə:

1.13.1.“Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə və “təşkil edir” sözləri “keçirir” sözü ilə əvəz edilsin;

1.13.2. “təbliğ edir,” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə” sözləri əlavə edilsin;

1.14. 2.1.13-cü yarımbəndin birinci cümləsində “aparılmasını müvafiq qaydada təşkil edir” sözləri “aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyində” sözləri “Dövlət Turizm Agentliyində” sözləri ilə əvəz edilsin;

1.15. 4-cü hissənin birinci cümləsi 4.1-ci bənd hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda 4.2-ci və 4.3-cü bəndlər əlavə edilsin:

“4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır.

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.”;

1.16. 5.1.3-cü yarımbəndə “uyğunlaşdırılmasını” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla” sözləri əlavə edilsin;

1.17. 5.1.6-cı yarımbənddə “cəlb etmək” sözləri “cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək” sözləri ilə əvəz edilsin;

1.18. 5.1.7-ci yarımbənddə “keçirilməsində” sözü “keçirilməsinə” sözü ilə, “yaradılmasında” sözü “yaradılmasına” sözü ilə və “iştirak etmək” sözləri “iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək” sözləri ilə əvəz edilsin;

1.19. 5.2-ci bəndin ikinci cümləsinə “Qoruğun təklifi” sözlərindən sonra “və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı”

sözləri əlavə olunsun və həmin cümlədə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

1.20. 6.1-ci bənd üzrə:

1.20.1. “fəaliyyətinə” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə” sözləri əlavə edilsin;

1.20.2. “mədəniyyət və turizm naziri” sözləri “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin;

1.21. 6.3.6-cı yarımbənd üzrə:

1.21.1.“qaydada” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla” sözləri əlavə edilsin;

1.21.2. “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun Əsasnaməsi” üzrə:

2.1. 1.1-ci bəndin üçüncü abzasından, 1.2-ci, 1.5-ci

bəndlərdən, 2.1.3-cü, 2.1.6-cı, 2.1.12-ci, 3.5.1-ci yarımbəndlərdən,

1.4-cü bəndin birinci cümləsindən, 2.1.5-ci və 2.1.13-cü yarımbəndlərin ikinci cümlələrindən “və Turizm” sözləri çıxarılsın;

 

2.2. 1.6-cı bənddə “təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur” sözləri “müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət TarixEtnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur” sözləri ilə əvəz edilsin.

3. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun Əsasnaməsi” üzrə:

3.1. 1.1-ci bəndin üçüncü abzasında, 6.6-cı bənddə, 1.4-cü və 6.2-ci bəndlərin birinci cümlələrində, 3.5.1-ci, 5.1.2-ci və 5.1.4-cü yarımbəndlərdə ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

3.2. 1.2-ci bənd üzrə:

3.2.1. “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Dövlət Turizm Agentliyinin” sözləri ilə əvəz edilsin;

3.2.2. “kollegiya qərarlarını” sözlərindən sonra “, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin (bundan sonra – Qoruqları İdarəetmə Mərkəzi) Nizamnaməsini, qərarlarını, əmr və sərəncamlarını” sözləri əlavə edilsin;

3.3. 1.5-ci bənddə “fəaliyyətinə dair illik hesabatı” sözləri “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmış fəaliyyət planlarına dair yarımillik və illik hesabatları Qoruqları İdarəetmə Mərkəzi vasitəsilə” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin;

3.4. 1.6-cı bənddə “təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təyin etdiyi mühafizə zonası mövcuddur” sözləri “müəyyən edilmiş sərhədləri və mühafizə zonası (mədəni irs abidələrinin mühafizə zonalarını isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-

Etnoqrafiya qoruqları ərazisində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi) mövcuddur” sözləri ilə əvəz edilsin;

3.5. 1.7-ci bənd üzrə:

3.5.1. “aiddir” sözündən sonra “və Qoruğun ərazisində dünya və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri yerləşir” sözləri əlavə edilsin;

3.5.2. ikinci cümlə ləğv edilsin;

3.5.3. aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:

“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin və mühəndis kommunikasiyalarının, müdafiə obyektlərinin, şəhərsalma, dini və xatirə abidələrinin, hidrotexniki qurğuların (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri istisna olmaqla) özəlləşdirilməsinə yol verilmir. Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi bu barədə Qoruğa məlumat verməlidir.”;

3.6. 2.1.3-cü yarımbənddə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Qoruqları İdarəetmə

Mərkəzi” sözləri ilə əvəz edilsin;

3.7. 2.1.4-cü yarımbəndə “qadağan edilməsi üçün” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilsin;

3.8. 2.1.5-ci yarımbənd üzrə:

3.8.1. birinci cümləsində “hazırlayır” sözü “Qoruqları İdarəetmə

Mərkəzinə təqdim edir” sözləri ilə əvəz edilsin;

3.8.2. ikinci cümləsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz olunsun və həmin cümləyə “təsdiq edildikdən sonra” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin,” sözləri əlavə edilsin;

3.9. 2.1.6-cı yarımbənd üzrə:

3.9.1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında” sözləri çıxarılsın;

3.9.2. “təmirini planlaşdırır və təşkil edir” sözləri “təmirinin planlaşdırılması və təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilsin;

3.9.3. “bu işlərin” sözlərindən əvvəl “Qoruqları İdarəetmə Mərkəzi” sözləri əlavə edilsin;

3.10. 2.1.7-ci yarımbəndə “Qoruq” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə birlikdə” sözləri əlavə edilsin və həmin yarımbənddə “tədbirlər görür” sözləri “Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə əvəz edilsin;

3.11. 2.1.10-cu yarımbənddə “inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir” sözləri “inkişaf etdirilməsi, turist marşrutlarının müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılması üçün Qoruqları İdarəetmə Mərkəzinə təkliflər verir” sözləri ilə əvəz edilsin;

3.12. 2.1.11-ci yarımbəndə “elmi tədqiqatlar” sözlərindən əvvəl “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə razılaşdırmaqla, müvafiq elmi təşkilatlarla birgə” sözləri əlavə edilsin;

3.13. 2.1.12-ci yarımbənd üzrə:

3.13.1. “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm

Agentliyi” sözləri ilə və “təşkil edir” sözləri “keçirir” sözü ilə əvəz

edilsin;

3.13.2. “təbliğ edir,” sözlərindən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təşkilatçılığı ilə” sözləri əlavə edilsin;

3.14. 2.1.13-cü yarımbəndin birinci cümləsində “aparılmasını müvafiq qaydada təşkil edir” sözləri “aparılmasının təşkil edilməsi üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət edir” sözləri ilə və “Mədəniyyət və Turizm Nazirliyində” sözləri “Dövlət Turizm Agentliyində” sözləri ilə əvəz edilsin;

3.15. 4-cü hissənin birinci cümləsi 4.1-ci bənd hesab olunsun və həmin hissəyə aşağıdakı məzmunda 4.2-ci və 4.3-cü bəndlər əlavə edilsin:

“4.2. Qoruğun inkişafı məqsədilə göstərilən mədəni və turizm xidmətlərindən, qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növlərindən, dövlət, ictimai və digər təşkilatlardan, müqavilə əsasında keçirilən tədbirlərdən əldə olunan gəlirlər Qoruqları İdarəetmə Mərkəzi tərəfindən toplanılır.

4.3. Toplanılan gəlirdən Qoruğun inkişaf etdirilməsi məqsədilə Qoruğun direktorunun təklifləri əsasında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin qərarı ilə Qoruğun ehtiyacları və inkişafı üçün səmərəli şəkildə istifadə olunur.”;

3.16. 5.1.3-cü yarımbəndə “uyğunlaşdırılmasını” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzini məlumatlandırmaqla” sözləri əlavə edilsin;

8

3.17. 5.1.6-cı yarımbənddə “cəlb etmək” sözləri “cəlb etmək üçün Qoruqları İdarəetmə Mərkəzinə müraciət etmək” sözləri ilə əvəz edilsin;

3.18. 5.1.7-ci yarımbənddə “keçirilməsində” sözü “keçirilməsinə” sözü ilə, “yaradılmasında” sözü “yaradılmasına” sözü ilə və “iştirak etmək” sözləri “iştirak edilməsinə dair Qoruqları İdarəetmə Mərkəzinə təkliflər vermək” sözləri ilə əvəz edilsin;

3.19. 5.2-ci bəndin ikinci cümləsinə “Qoruğun təklifi” sözlərindən sonra “və Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı” sözləri əlavə olunsun və həmin cümlədə “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin;

3.20. 6.1-ci bənd üzrə:

3.20.1.“fəaliyyətinə” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzinin təqdimatı ilə” sözləri əlavə edilsin;

3.20.2. “mədəniyyət və turizm naziri” sözləri “Dövlət Turizm Agentliyinin sədri” sözləri ilə əvəz edilsin;

3.21. 6.3.6-cı yarımbənd üzrə:

3.21.1. “qaydada” sözündən sonra “Qoruqları İdarəetmə Mərkəzi ilə razılaşdırılmaqla” sözləri əlavə edilsin;

3.21.2. “Mədəniyyət və Turizm Nazirliyinə” sözləri “Dövlət Turizm Agentliyinə” sözləri ilə əvəz edilsin.