Home Gündəm Yunanıstanla Azərbaycan arasında ətraf mühitin mühafizəsi barədə əməkdaşlıq müzakirə edilib

Yunanıstanla Azərbaycan arasında ətraf mühitin mühafizəsi barədə əməkdaşlıq müzakirə edilib

56
0
SHARE

Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistrias ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

TAN.AZ xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.