Home Gündəm Məzahir Pənahov: Parlament seçkilərində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Məzahir Pənahov: Parlament seçkilərində 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

49
0
SHARE

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1489 nəfər müraciət edib. Onlardan 459 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. 1389 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib.

TAN.AZ xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın avqustun 1-də keçirilən iclasında söyləyib.

O əlavə edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1333 nəfəri imza vərəqəsi alıb, 802 nəfər isə imza vərəqələrini qaytarıb, 481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.