Home Gündəm Arzu Nağıyevin seçiciləri ilə görüşləri davam edir

Arzu Nağıyevin seçiciləri ilə görüşləri davam edir

133
0
SHARE

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Tovuz rayonunun Yanıqlı və Məşədilər kəndlərində seçicilərlə görüş keçirildi.

TAN.AZ xəbər verir ki, ilk olaraq torpaqlarımızın qorunması və işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin məzarları və abidə komleksi ziyarət olunaraq, əziz xatirələri böyük ehtiramla yad edildi, məzarları və abidə kompleksi üzərinə tər çiçəklər qoyuldu. Daha sonra seçicilərlə görüş keçirilərək namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı. Həmçinin kənd sakinləri ilə birlikdə Məşədilər kəndində axan güclü sel nəticəsində qəzalı vəziyyətə düşən körpüyə baxış keçirilərək fikir mübadiləsi aparıldı.