Fransanın müstəmləkəçiliyi altında olan Mayot adasının Maore komitəsi ilə Bakı Təşəbbüs Qrupu (BTQ) arasında sentyabrın 3-də əməkdaşlıq haqqında saziş imzalanıb.
TAN.AZ xəbər verir ki, sənədi Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov və Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet imzalayıblar.