Mərkəzi Seçki Komissiyası noyabrın 27-də bələdiyyə seçkilərinin təyin olunması ilə bağlı iclas keçirəcək.
TAN.AZ xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın noyabrın 26-da keçirilən iclasında söyləyib.
Onun sözlərinə görə, sabah MSK, həmçinin bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planını təsdiqləyəcək.