Home Gündəm Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb

Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb

11
0
SHARE

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı olub.

XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və uğurlar arzulayıb.

“Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini, gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb”, – deyə, məlumatda qeyd olunub.

Nazirlər, həmçinin, regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.