Hindistan Rusiyadan 100 milyon doza koronavirus vaksinini satın alacaq.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondu bildirib.
Qeyd olunur ki, vaksin tədarükü 2020-ci ilin sonunadək başlaya bilər. Bu, koronavirus vaksininin Hindistandakı kliniki sınaqlarının nəticəsi və qeydiyyatından asılı olacaq.
Xatırladaq ki, Rusiya avqustun əvvəlində dünyada ilk koronavirus vaksinini qeydiyyatdan keçirmişdi.