Home Manşet Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərin problemləri ilə yaxından maraqlandı

Milli Məclisin deputatı Könül Nurullayeva seçicilərin problemləri ilə yaxından maraqlandı

660
0
SHARE
Milli Məclisin deputat Könül Nurullayeva seçicilərin problemləri ilə yaxından maraqlandı. Bu dəfə Millət vəkili ?????? ?????? Q.Qarayev ??, ??, ??, ??, ??, ??, Rüstəmov ??, ??, ??, ??, ??, ??, ??
E.Süleymanov ???, ???, Şərifli ???, ????, ????, Nəsimi ??-?? ünvanlarına baş çəkdi və məhəllələrin sakinləri ilə görüşdü.
O bu barədə öz rəsmi facebook səhifəsində məlumat verib.
“Əziz həmvətənlərim,
Uzun müddətdir ki, ölkədə karantin rejimi olduğundan insanlarla canlı təmas qurmaq imkanımız yox idi, lakin biz karantin qaydalarını nəzərə alaraq artıq görüşlərimizi başlatmağa qərar verdik. Çünki insanların bu kimi canlı təmaslara çox böyük ehtiyacı var.
Qeyd etmək istəyirəm ki, bu görüşlər nəticəsində insanların problemləri ilə yaxından tanış olmaq imkanımız oldu. Belə ki, məhəllələrin abadlaşdırılması, su sayğaclarının quraşdırılması, məşğulluq, məhəllələrin işıqlandırılması, blokların təmiri, liftlərin dəyişdirilməsi və ya təmiri, quru ağacların budanması, və digər müxtəlif məsələlərlə bağlı problemlər səsləndirildi.
Biz əlbəttə ki, bu məsələlərin qısa zaman ərzində həll olunmasına çalışacağıq və bununla bağlı artıq bir neçə quruma müraciətlər hazırlayıb təqdim etmişik. Ümid edirik ki, onların bir çoxu tez bir zamanda öz həllini tapacaq.
❗️Əziz Nizami rayon sakinləri,
Bilməyinizi istərdim ki, sizinlə görüşmək və canlı ünsiyyətdə olmaq mənim üçün çox xoş idi. Sizin fikirləriniz və ümumiyyətlə ictimai fikir bizim üçün çox əhəmiyyətlidir.
Sizin hər zaman yanınızda olmağı və sizə dəstək olmağı özümə borc bilirəm”.
Görüşdən fotoları təqdim edirik.