Home Biznes və iqtisadiyyat xəbərləri Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb

803
0
SHARE

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 9,11 faiz artaraq 109,23 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2020-ci ilin avqustunda Türkiyədən Azərbaycana elektrik avadanlıqları ixracı 2019-cu ilin avqustu ilə müqayisədə 19,25 faiz azalıb və 11,391 milyon dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 faiz azalaraq 6,543 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyənin elektrik avadanlığı ixracının payı ümumi ixracın 6,4 faizini təşkil edib.

Son 12 ay ərzində (avqust 2019 – avqust 2020) Türkiyə 10,611 milyard dollar məbləğində elektrik avadanlığı ixrac edib.