İranda ötən sutka ərzində 3 097 nəfər koronavirusa (COVID 19) yoluxub.
Trend-in İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Nazirliyin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusa yoluxanların sayı 422 140 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 898 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 183 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu viursdan ölənlərin sayı 24 301 nəfərə çatıb.