Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib. Açılış mərasimindən sonra Prezident Azərbaycan Televiziyasına (AzTV), İctimai Televiziyaya və Real Televiziyasına müsahibə verib.
Müsahibə zamanı ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinə toxunub. Prezident İlham Əliyev faktiki olaraq sülh danışıqlarının Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən dalana dirəndiyini bildirib. Prezident İlham Əliyev bildirib ki, rəsmi Yerevan tərəfindən mütəmadi olaraq təxribatlar törədilir, işğalçı ölkə sülhdə maraqlı olmadığını nümayiş etdirir. Bu halda sülh danışıqlarından söhbət gedə bilməz. Azərbaycan lideri müsahibə zamanı işğalçı ölkəyə və beynəlxalq aləmə mesajlar verib.
Trend-in məlumatına görə, Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” analitik proqramında Prezidentin çıxışından irəli gələn məsələlər müzakirəyə çıxarılıb. Verilişin qonaqları olan deputatlar Ramil Həsən və Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər, rəsmi Bakının konfliktlə bağlı mövqeyi ətrafında geniş təhlil aparıblar. “Hədəf”ə videobağlantı ilə qoşulan Türkiyənin tanınmış hərbi-siyasi eksperti Abdullah Ağar da mövzu barədə fikirlərini bölüşüb. Bildirilib ki, Ermənistanın indiki rəhbərliyi verdiyi bəyanatların məsuliyyətini dərk etmir. Vurğulanıb ki, rəsmi Yerevan tərəfindən verilən cəfəng açıqlamalar, törədilən təxribatlar Dağlıq Qarabağın sülh yolu ilə həlli prosesini, danışıqları mənasız edir. Ekspertlər bildiriblər ki, Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək.
“Hədəf” verilişinə bütöv şəkildə “YouTube” kanalımızdan izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=ROR3_sZGsck
https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w
İnformasiya dəstəyi – Trend.az