Home Siyasət Tahir Rzayev: Müharibə Ermənistanı illərlə sağalmaz bəlalara düçar edə bilər

Tahir Rzayev: Müharibə Ermənistanı illərlə sağalmaz bəlalara düçar edə bilər

674
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin jurnalistlərə verdiyi müsahibə tarixi bir çıxışdır. Dövrün hadisələrini, mövcud vəziyyəti qiymətləndirmək baxımından xarakterikdir və dövlət rəhbərimizin qətiyyətli mövqeyini, baxışlarını ortaya qoyur. Həm də bu çıxış dünya ictimiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə, Ermənistan rəhbərlərinə bir mesajdır. Ölkə rəhbəri tarixi faktlara əsaslanaraq bildirir ki, Ermənistanın hakim dairələri, millətçi ermənilər uzun illər Azərbaycana qarşı torpaq iddialarında olmuş, xalqımıza düşmənçilik etmiş, ayrı-ayrı dövrlərdə qırğınlar, soyqırımlar törətmiş, insanlarımızı qətlə yetirərək başımıza müsibətlər gətimişlər. Onlar tarixən Qarabağ torpaqlarını Ermənistana birləşdirmək niyyətində olublar. Dəfələrlə buna cəhd göstəriblər. Ancaq ulu öndərin qətiyyətli mövqeyi, kəskin hərəkətləri buna imkan verməmişdir. Ermənipərəst, xalqımıza düşmən kəsilən Mixail Qorbaçov Heydər Əliyevi vəzifədən uzaqlaşdırdıqdan sonra nəhayət ki, ermənilər öz təcavüzkar məqsədlərinə nail olmuşlar. Havadarlarına arxalanaraq Qarabağ torpalaqlarını, eləcə də digər əraziləri işğal etmişlər. Bu işğalçılıq siyasətinin məqsədi bu gün də davam edir. Atəşkəs pozulur, mülki əhaliyə ziyan dəyir, insanlar qətlə yetirilir, evlər dağıdılır. Ermənilər layiqli cavablarını alırlar. Aprel döyüşləri, iyul hadisələri, sərhəddə törədilən təxribatlar zamanı ermənilərin verdiyi itkilər, aldıqları ağır zərbələr nədənsə onlara dərs olmur. Paşinyan və onun havadarları ölkəmizə qarşı təcavüzü davam etdirməkdədirlər. Ermənistanın baş nazirinin bəyanatları, hərəkətləri göstərir ki, o sülhə, danışıqların aparılmasına yox, müharibəyə köklənir və yeni təcavüzkar planlar hazırlamaqdadır. Cənab İlham Əliyev Ermənistanın düşdüyü vəziyyəti təhlil edərkən o, ölkənin fəlakətə getdiyini göstərir və təcavüzkarlıq siyasətinin məhvə məhkumluğunu nəzərə çatdırır. Paşinyanı beynəlxalq hüquq normalarına əməl etməyə, eləcə də beynəlxalq təşkilatları, ATƏT-in Minsk Qrupunu Ermənistan rəhbərliyinin çirkin əməllərinə obyektiv qiymət verməyə çağırır. Ölkə rəhbəri bildirir ki, əks halda müharibə qaçınılmazdır və müharibənin başlaması erməni xalqının məhvinə səbəb olacaqdır. Çünki Ermənistan iqtisadi və sosial cəhətdən pis vəziyyətdədir. Ölkədə qarşıdurmadır, xaosdur. Paşinyan hakimiyyətini uzatmaq üçün bütün çirkin vasitələrdən istifadə edir. Milliyyətçilik siyasəti yeritməklə xalqı ələ almaq, təsir altında saxlamaq istəyir. Ac-yalavac, çökmüş ölkədə bu heç cür mümkün deyil. Müharibə Ermənistanı nəinki dirçəldə, əksinə dərin uçuruma, illərlə sağalmaz bəlalara düçar edə bilər.

 

Tahir Rzayev

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri