Home Manşet Yeni dövrü başlayan Balaxanı: Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildirirlər (VİDEO)

Yeni dövrü başlayan Balaxanı: Sakinlər görülən işlərə görə minnətdarlıqlarını bildirirlər (VİDEO)

895
0
SHARE

Artıq bir müddətdir ki, Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və yenidənqurma işləri aparılır. Əsasən, neft buruqlarının ağuşunda olan Bakının qədim qəsəbəsi Balaxanıda da bu işlər görülüb.

XX əsrin əvvəllərindəki neft bumuna qədər Balaxanı Böyük İpək Yolunun üzərində yerləşdiyindən strateji mövqeyə sahib idi. Uzun əsrlər boyu bu yer Çindən İspaniyaya qədər uzanan karvan yolunun əsas məntəqələrindən biri olub. Balaxanıdakı Şah Səfi karvansarayı isə 1635-1636-cı illərdə inşa olunub. Bu tarixi abidə yerli əhəng daşı materiallarından tikilib və əhali arasında Xacə Ruhulla imarəti kimi tanınıb.

Son aylarda isə qəsəbədəki tarixi memarlıq abidələrinin bərpası, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb. Qəsəbədəki Mirzə Ələkbər Sabir adına park da bərpa olunub. Qeyd edək ki, parkda M.Ə.Sabirin adına ucaldılan abidə, Şərqdə insanın adına olan ilk abidədir.

Qəsəbədə görülən işlər, burada yaşayan insanları da məmnun edir.

Trend-in “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihəsinə açıqlamasında sakinlər qədim Balaxanının yenidən canlandığını bildirirlər. Onlar görülən işlərə görə, Azərbaycan dövlətinə və ölkə başçısı Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər:

Kənd ağsaqqalı Həsən Əliyev:

“Sağ olsun, dövlətimiz və dövlət başçımız. Cənab Prezident bu dəyəri kəndimizə verdi və qəsəbəmiz gözəl hala gəldi. Dövlətimizə və dövlət başçımıza qəsəbə ağsaqqalları adından və şəxsən öz adımdan minnətdarlığımı bildirirəm. Günü-gündən qəsəbəmizin əhval-ruhiyyəsi tamam dəyişir, insanlarda xoş əhval yaranıb və biz ağsaqqalları da bu sevindirir”.

Kənd sakini, bələdçi Səkinə Kərimova:

“Balaxanıda görülən yenidənqurma və bərpa işləri məni bir qəsəbə sakini kimi çox sevindirir. Buna görə ilk növbədə dövlət başçısına öz minnətdarlığımı bildirirəm. Burada görülən işlər hamının marağına səbəb olub, hətta Azərbaycanın bölgələrindən də Balaxınıya insan axışır. Onlar burada tarixi abidələrlə maraqlanır, şəkillər çəkdirirlər, biz də onları sevərək qarşılayır və bacardığımız qədər məlumatlandırırıq”.

Balaxanı sakini, rəssam Emin Ələkbərov:

“Demək olar ki, Balaxanıda gedən abadlıq işlərində bilavasitə iştirak etmişəm. Bura mənim doğma yerim, vətənim və diyarım olduğuna görə hər bir iş məni sevindirir. Gələn insan görür ki, burada gül-gülü, bülbül-bülbülü çağırır. Qəsəbənin görkəmini pozmamaq şərti ilə çalışdıq ki, yeni elementlər əlavə edək. Mən bir rəssam kimi burada xalçaçılıq və keramika müəssisələri açmışam, sakinlər və digər yerlərdə yaşayan şəxslər işlə təmin olunublar. Balaxanı küçələrində olan dekor elementlərinin əksəriyyəti Balaxanı sənətkarlarının əməyi nəticəsində yaradılıb”.

Video layihənin digər bölümlərini buradan, həmçinin TREND İnformasiya Agentliyinin “Youtube” kanalından izləyə bilərsiniz.