Rusiya Prezidenti Vladimir Putinin Nobel sülh mükafatına namizədliyi irəli sürülüb.
Trend-in məlumatına görə, bunu rusiyalı yazıçı Sergey Komkov bildirib.
O, bununla bağlı müraciəti Nobel komitəsinə sentyabrın 10-da göndərdiyini deyib.
Xatırladaq ki, sentyabrın 9-da ABŞ Prezidenti Donald Trampın Nobel sülh mükafatına namizədliyi təklif olunmuşdu.
Qeyd edək ki, 2020-ci il Nobel mükafatlarının qalibləri oktyabrın 5-dən açıqlanmağa başlayacaq.