Litva və Latviyanın Xarici işlər nazirləri Linas Linkyaviçyus və Edqars Rinkeviçs Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar narahatlıqlarını ifadə edib.
Trend-in məlumatına görə, bu barədə nazirlər öz “Twitter” səhifələrində yazıb.
Litvalı nazir iki ölkə həyəcanlı hadisələri diqqətlə izlədiklərini yazıb: “Mən qətiyyətlə gərginliyin azaldılmasına çağırıram. Sülh yolu yeganə mümükn həll yoludur”.
Latviya Xarici işlər naziri də Dağlıq Qarabağda qoşunların təmas xəttində həyəcan doğuran hadisələrin baş verdiyini vurğulayıb: “Mən Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa və mövcud vəziyyəti siyasi dialoq yolu ilə tənzimləməyə çağırıram”.