Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev bildirib ki, iclasda müvafiq qurumların rəhbərləri, o cümlədən Baş Nazir, Milli Məclisin sədri iştirak edib.
PA rəsmisinin sözlərinə görə, başçısı müvafiq qurumlara vəziyyətə uyğun olaraq tapşırıqlar verdi.