Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.
N.Paşinyan bildirib: “Ermənistan Respublikasında hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc olunduğu andan qüvvəyə minir”.