Home Xəbərlər Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın hərbi təxribatlarını pisləyən bəyanat...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın hərbi təxribatlarını pisləyən bəyanat yayıblar

642
0
SHARE

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri Ermənistanın törətdiyi son hərbi təxribatları pisləyən bəyanat yayıblar.

Trend xəbər verir ki, bəyanatda bütün dünyanın diqqətini BMT Baş Assambleyasının 75-ci ildönümünə yönəltdiyi bir vaxtda Azərbaycan və Ermənistan arasında səhər saatlarında baş verən toqquşmalarla bağlı xəbərlə sarsıldığı bildirilir.

Qeyd edilir ki, BMT Baş katibinin bir çox dünya liderlərinin də dəstəklədiyi, beynəlxalq hüququn prinsiplərindən irəli gələn çoxtərəfli dünya nizamına bir daha çağırış etdiyi zamanda biz də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı artilleriya hücumlarını şiddətli şəkildə qınayırıq. 1994-cü ildə elan olunmuş atəşkəs birinci dəfə deyil ki, pozulur və sıravi vətəndaşlar da xəsarət alır. Dünya ictimaiyyətinə xatırladılmalıdır ki, Ermənistan Respublikası BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal edilmiş bütün torpaqlarından tamamilə və qeyd-şərtsiz çıxmasını nəzərdə tutan 822, 853, 874 və 884 qətnamələrini indiyədək yerinə yetirməkdən qaçır.

Bəyanatda deyilir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və üzvləri tolerantlığa, dialoqa və qarşılıqlı anlaşmaya sadiq qalaraq Azərbaycan xalqı ilə tam həmrəylik ifadə edirlər. Azərbaycan xalqı davamlı olaraq beynəlxalq hüququn pozulması faktları ilə üz-üzə qalır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü beynəlxalq miqyasda tanınır, dəfələrlə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənib.

Biz Ermənistanın təxribatlarının çoxaldığı bir vaxtda baş verən silahlı münaqişədə həyatını itirənlərin ailələrinə ən dərin hüznlə başsağlığı veririk. Biz Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi bütün səyləri tamamilə dəstəkləyirik. Biz beynəlxalq ictimaiyyəti, xüsusən də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını öz qanuni öhdəliklərinə və mənəvi məsuliyyətlərinə sadiq qalaraq lazımi addımlar atmağa, o cümlədən Dağlıq Qarabağ və Azərbaycanın işğal edilmiş digər əraziləri ilə bağlı uzun zamandır dondurulmuş münaqişə hesab olunan problemi həll etməyə çağırırıq.

Hər yerdə olduğu kimi, Azərbaycandakı bir milyon qaçqın və məcburi köçkün də öz torpaqlarına qayıtmaq hüququnu gözləyir.

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti

Zlatko Laqumciya

2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş Naziri,

2012-2015-ci illərdə Bosniya və Herseqovinanın Baş Nazirinin müavini, Xarici İşlər naziri

Filip Vuyanoviç

2003-2018-ci illərdə Monteneqronun Prezidenti

Jan Fişer

2009-2010-cu illərdə Çex Respublikasının Baş Naziri

Hikmət Çətin

1991-1994-cü illərdə Türkiyənin Xarici İşlər naziri

Mladen İvaniç

2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü

Ekmələddin İhsanoğlu

2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi

Eka Tkeşelaşvili

2010-2012-ci illərdə Gürcüstanın Baş Nazirinin müavini

Katerina Yuşenko

2005-2010-cu illərdə Ukraynanın birinci xanımı,

“Ukrayna 3000” Beynəlxalq Xeyriyyə Fondunun Müşahidə Şurasının rəhbəri

İvo Yosipoviç

2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti

Əmr Musa

2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi,

1991-2001-ci illərdə Misirin Xarici İşlər naziri

Elza Papademitiou,

Yunanıstan Parlamentinin sabiq vitse-prezidenti

Petar Stoyanov

1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti.