Home Manşet Təbliğat-təşviqat işi cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən də rəğbətlə qarşılanır

Təbliğat-təşviqat işi cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən də rəğbətlə qarşılanır

330
0
SHARE

Döyüş əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində təbliğat-təşviqat işinin rolu danılmazdır.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu tədbirlərin keçirilməsində məqsəd Ordu-Xalq birliyinin daha da möhkəmləndirilməsi, Ordumuzun qüdrətinin və döyüşlərdəki uğurlarının işıqlandırılması, eləcə də xalqımızın orduya dəstəyi və etimadını hərbi kollektivlərə çatdırmaqla şəxsi heyətin döyüş ruhunun və qələbə əzminin daha da yüksəldilməsidir.

Əyani təbliğat-təşviqat tədbirləri çərçivəsində Ali Baş Komandanın müraciətləri, təbrikləri və ürək sözləri, həmçinin hərbi komandanlığın müraciətləri şəxsi heyətə və mülki sakinlərə çatdırılır, əldə edilən qələbələr barədə məlumatlar operativ şəkildə yayımlanır. Səyyar səsyayıcı stansiyaların tətbiqi ilə keçirilən tədbirlərin hərbi-vətənpərvərlik mahnı və marşları ilə müşayiət edilməsi şəxsi heyət, eləcə də cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi və rəğbətlə qarşılanır.