Home Manşet Rəcəb Tayyib Ərdoğan: Bu haqq davasında sonadək Azərbaycanın yanındayıq

Rəcəb Tayyib Ərdoğan: Bu haqq davasında sonadək Azərbaycanın yanındayıq

310
0
SHARE

Türkiyə olaraq bütün qəlbimizlə bu haqq davasında sonadək Azərbaycanın yanındayıq.

Trend xəbər verir ki, bu sözləri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə – Afrika İqtisadiyyat və İş Forumunun açılış mərasimində deyib.

R.T.Ərdoğan bildirib: “30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. Bu gün Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etmək üçün əks-hücum əməliyyatları aparır. Türkiyə olaraq bütün qəlbimizlə bu haqq davasında sonadək Azərbaycanın yanındayıq. Afrika ölkələri də daxil olmaqla, haqqı dəstəkləyən bütün dövlətləri Azərbaycanın yanında olmağa çağırıram”.