Dağlıq Qarabağ tənzimlənməsi üçün müxtəlif fəaliyyət sxemləri hazırlanır.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O qeyd edib ki, Rusiya həm özü, həm də ATƏT Minsk qrupu çərçivəsində vasitəçilik səylərini davam etdirir:
“Bu səylər Dağlıq Qarabağda və onun ətrafında döyüş əməliyyatlarının dərhal dayandırılması, mövcud baza prinsipləri və müvafiq beynəlxalq sənədlər əsasında danışıqlar prosesinin bərpasına yönəlib. Müxtəlif fəaliyyət sxemləri hazırlanır”.
M.Zaxarova qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT Minsk qrupunun həmsədrlərinin iştirakı ilə danışıqların başlamasının mümkün tarixləri ilə əlaqədar tərəflərlə məşvərətlər keçirilir.