Home Siyasət Azərbaycan sabitlik məkanıdır

Azərbaycan sabitlik məkanıdır

770
0
SHARE

Bu gün dünyanın müxtəlif ölkələrində qanlı toqquşmaların, kütləvi etiraz aksiyalarının, terrorun cərəyan etdiyi bir zamanda Azərbaycan sabitlik adası kimi tanınır.  Dünyada baş verən qarşıdurmalar, münaqişələrin alovlanması, miqrant axını, daxili qarşıdurmalar, o cümlədən bu günlərdə Livanda partlayış və insanların həlak olması, ölkənin həyat ritmindən çıxması sabitliyin və təhlükəsizliyin nə qədər vacib dəyər olduğunu bir daha sübut edir.

Son illər baş verən hadisələr  dünyanın müxtəlif yerlərində gərginliyin artmasının əyani göstəricisidir.  Müharibələr, kütləvi etiraz aksiyaları, qanlı toqquşmalar, polis zorakılığı, insan haqlarının kobudcasına pozulması, demokratik dəyərlərin tapdalanması kimi mənfi tendensiyalar, demək olar ki, dünyanın bütün yerlərində müşahidə olunur. İstər koronavirus pandemiyasına qədər olan zaman kəsiyində, istərsə də bu xirusun  gətirdiyi sosial və iqtisadi çətinliklər fonunda dünyada gərginlik durmadan artır. Bu mənfi tendensiyanın əksinə olaraq, Azərbaycan sabitlik məkanı kimi inkişaf edir.

Sabitlik pozulanda ölkədə  gərginlik yaranır, böhran, xaotik proseslər baş verir, iqtisadiyyata güclü zərbə dəyir. 1990-cı illərin əvvəllərində bu hadisələrin  şahidi olmuşuq. Azərbaycanda sabitlik pozulmuşdu, ölkə böhran içində idi, böyük itkilələ qarşılaşırdıq. Artıq 27 ildir ki, Azərbaycan sabitlik höküm sürürür və bu illər ərzində ölkəmiz  əsrə bərabər inkişaf yolu keçmiş və bu gün Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır.

 

Azərbaycanda sabitliyin, bu əmin – amanlığın təminatçısı düşünülmüş və praqmatik siyasət yürüdən  Prezident İlham Əliyevdir. Xalq, xüsusilə gənclər  ölkə başçısının yürütdüyü siyasəti dəstəkləyir, onunla həmrəy olduqlarını  nümayiş etdirirlər.  Bu gün dünyanın əksər bölgələrində gənclər küçələrdə kütləvi etiraz aksiyalarının iştirakçısı olduğu halda, Azərbaycan gəncləri ölkənin ictimai və siyasi həyatında fəal rol oynayır, dövlətin, cənab Prezidentin yürütdüyü siyasətə dəstək verirlər.

Ölkəmizdə nəinki siyasi, eyni zamanda, iqtisadi və sosial sahələrdə də sabitlik təmin edilir. Cənab Prezident hər zaman çıxışlarında vurğulayır ki, insanların həyatı, sağlamlığı, onların təhlükəsiz yaşaması prioritet təşkil edir.  Koronavirus pandemiyasının  yaratdığı  çətinliklərə baxmayaraq, bu istiqamətdə də əməli addımlar atılır. Bu gün 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyətinin faktiki olaraq işləməməsinə baxmayaraq, dövlət tərəfindən əməkhaqqı alır.

Cənab Prezidentin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün dünya ölkələrinin mütləq əksəriyyəti maliyyə yardımı almaq üçün beynəlxalq maliyyə qurumlarına müraciət etdiyi halda ,Azərbaycan heç kimdən maliyyə dəstəyi almadan, heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən bütün bu işləri həyata keçirməyə müvəffəq olmuşdur. Bu uğurlar  möhtərəm Prezidentin düşünülmüş siyasətinin nəticəsidir. Hər kəs ölkəmizdə  təmin olunmuş təhlükəsizlik və sabitliyin qiymətini bilməli və onu qorumalıdır..

 

Şəbnəm HƏSƏNOVA,
Politoloq