Home Manşet Təəssüf ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq təpki kifayət qədər deyil...

Təəssüf ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq təpki kifayət qədər deyil – Elçin Əmirbəyov

291
0
SHARE

Təəssüflər olsun ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ictimaiyyətin kifayət qədər təpkisi yoxdur. Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz.

Trend-in məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

E.Əmirbəyov deyib ki, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır: “Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Əks təqdirdə, Azərbaycan hərb vasitəsi ilə öz ərazisini işğaldan azad edəcək”.