Home Manşet Ermənistanın raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata bilərdi –...

Ermənistanın raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata bilərdi – İkram Əliyev

326
0
SHARE

Oktyabrın 12-də Mingəçevir və Gəncə şəhərinə Ermənistan ərazisindən raket zərbəsi endirilib. Əgər dünən həmin raket kompleksləri məhv edilməsəydi, bu raketlər Bakıya da çata, hətta Bakını ötə də bilərdi.

Trend-in məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi atteşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Hərbi Hava Qüvvələri komandanının müavini, Qərargah rəisi general-mayor İkram Əliyev bildirib.

General-mayor deyib ki, ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd Toçka-U raketi məhv edilib: “Oktybarın 14-də gecə saat 1.00 radələrində 2 ədəd, səhər 8.30 radələrində 1 ədəd olmaqla, “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qaprabağa gətirilərdisə, onun mərmisi Bakıya da çatardı. Əldə etdiyimiz məlumatlara görə, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayanın tərkibindədir”.

Raket komplekslərinin vurulması anının görüntüsünü təqdim edən HHQ-nin Qərargah rəisi qeyd edib ki, həmin raketlərin atışa hazırlandığı da görüntüdə aydın görünür.