İranda ötən sutka ərzində 279 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 29 349 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 830 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 513 219 nəfərə çatıb. Virus daşıyıcılarından 4 609 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
İranda indiyədək 414 831 nəfər koronavirusdan sağalıb.
Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.
Ölkədə indiyədək 4,39 milyondan çox diaqnoz testi həyata keçirilib.