Home Manşet Prezident İlham Əliyev: Yeni torpaqları azad edirik, yaxın vaxtlarda yeni açıqlamalar olacaq...

Prezident İlham Əliyev: Yeni torpaqları azad edirik, yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdacaq

316
0
SHARE

Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır. Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdacaq.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində Qarabağ probleminin həllində Türkiyənin iştirakının vacibliyindən danışarkən səsləndirib.

Dövlət başçısı bildirib:

“Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi, 33 erməni tankı qənimət götürüldü, – Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın hərbi texnikası yoxdur, – 33 tank, özü də saz vəziyyətdə, indi bizim ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi məhv edildi, 35 ədəd OSA hava müdafiə sistemi məhv edildi, KRUQ KUB və başqa texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsıldı, yəni çökür”.