ABŞ Dağlıq Qarabağ münaqişə zonasında davam edən zorakılığı qətiyyətlə pisləyir.
Trend-in məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki missiyasının rəhbəri Kortni Avstrian deyib.
O bildirib: “Biz həlak olanların yaxınlarına başsağlığımızı veririk, yaralılara tezliklə sağalmasını arzu edirik. ABŞ Dağlıq Qarabağ münaqişə zonasında davam edən zorakılığı, o cümlədən mülki əhaliyə zərbələri qətiyyətlə pisləyir”.