Ermənistan Avropa şəhərlərində təxribatlar törətməkdənsə, Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, Ermənistan hökumətinin təşəbbüsü ilə ermənilər Avropa şəhərlərində aksiyalar keçirir.