Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.
“Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir”, – deyə o qeyd edib.