Home Dünya xəbərləri İranda koronavirusdan ölənlərin sayı 30 min nəfəri keçib

İranda koronavirusdan ölənlərin sayı 30 min nəfəri keçib

360
0
SHARE

İranda ötən sutka ərzində 253 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 30 123 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 4 103 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 526 490 nəfərə çatıb. Virus daşıyıcılarından 4 721 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 423 921 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 4,48 milyondan çox diaqnoz testi həyata keçirilib.İran