18 oktyabr – humanitar atəşkəsin birinci günü, saat 00.00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində yazıb:
H.Hacıyevin sözlərinə görə, Ermənistan ordusu tərəfindən 5 rayona 229 mərmi atılıb:
“Tərtərə 160, Ağdama 63, Goranboya 6…;
– 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;
– 1 dron hücum“.