Home Dünya xəbərləri İtaliyada şəhər merlərinə komendant saatı tətbiq etməyə icazə verdilər

İtaliyada şəhər merlərinə komendant saatı tətbiq etməyə icazə verdilər

320
0
SHARE

İtalyan şəhərlərinin bələdiyyə başçıları yerli saatla 21:00-dan etibarən komendant saatı tətbiq etməyə qərar verə bilərlər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu İtaliyanın baş naziri Cuzeppe Konte elan edib.

“Bələdiyyə başçıları epidemioloji vəziyyətə əsasən saat 21:00-dan sonra məhdudiyyətlərə bağlı qərar verə bilərlər”, – baş nazir deyib.

Konte həmçinin iaşə sahəsində tətbiq olunan məhdudiyyətləri də açıqladı. Barlar saat 18:00-da bağlanmalıdır. Restoranlar və digər müəssisələr gecə yarısına qədər açıq ola bilər, yalnız masalarda xidmət etmək və altıdan çox müştəri masada oturmamaq şərti ilə. Bütün küçə qastronomik festivalları və ticarət yarmarkaları dayanır. Konfranslar yalnız bütün təhlükəsizlik tədbirlərinə riayət edildiyi təqdirdə keçirilə bilər. İdman zalları və üzgüçülük hovuzları həftə ərzində koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərə uyğunlaşdırılmalıdır. Məsafədən təhsilin tövsiyə olunduğu peşə məktəbləri istisna olmaqla, məktəblər açıq qalır. Karantin tədbirlərinin sərtləşdirilməsi ölkədə son sutkada koronavirusa 11.7 mini keçən yeni yoluxma hadisələri ilə əlaqələndirilir.