Son günlər koronavirusa yolxuma sayında ciddi artım müşahidə olunur.
Trend-in əməkdaşı bunula bağlı şəhərimizin mərkəzi küçələrində müşahidələr aparıb.
Müşahidələrə əsasən, onu demək olar ki, karantin qaydalarına hər kəs tərəfindən bir mənalı əməl edilmir. Ölkədə baş verən hadisələr fonunda “COVİD-19” reallığının unudluduğu açıq görünür.
Bir daha vətəndaşlarımızı karantin rejimi qaydalarına əməl etməyə, maskadan istifadə etməyə, sosial məsafəni gözləməyə çağırırıq. Ordumuzun keçirdiyi uğurlu əməliyyatlarına cavab olaraq hər kəs öz üzərinə düşəni etməli, “Covid -19” təhlükəsinin ordumuza keçməməsi üçün əlimizdən gələni etməliyik.
FOTO Zaur Mustafayev