Home Cəmiyyət DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət edib

368
0
SHARE

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 oktyabr 2020-ci il tarixli 410 nömrəli Qərarı ilə 2020-ci il 24 oktyabr saat 00:00-dan operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılıb.

Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidməti tərəfindən (DMX) bununla əlaqədar olaraq ölkədə olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı aşağıdakıları nəzərə almalarını xahiş edilir:

Miqrasiya məsələləri ilə bağlı müraciətlərin qəbuluna dair
Yevlax, Ağdaş, Bərdə, Ucar, Zərdab, Tərtər, Ağcabədi, Ağdam rayonlarında yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri – Yevlax regional miqrasiya idarəsində, Bərdə və Ağcabədi “ASAN xidmət” mərkəzlərində;
Xaçmaz rayonunda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya məsələləri ilə bağlı müraciətləri – Xaçmaz regional miqrasiya idarəsində;
Mingəçevir şəhərində yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə miqrasiya məsələləri ilə bağlı müraciətləri – Mingəçevir “ASAN xidmət” mərkəzində qəbul ediləcək.

Həmçinin, giriş-çıxışı məhdudlaşdırılmış yerlərdə yaşayan əcnəbilər miqrasiya məsələləri ilə bağlı elektron xidmətlərdən istifadə edə bilərlər (elektron xidmətlərə keçid: https://eservice.migration.gov.az/?lang=az)

Təqdim olunan sənədlərə dair
Mingəçevir şəhəri istisna olmaqla qeyd olunan qərarla giriş-çıxış məhdudlaşdırılmış rayonlarda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti və daimi yaşama icazələrinə müraciət edilməsi zamanı müvafiq tibbi arayışların təqdim olunması tələb edilmir.