15 yaşınadək uşaqların əsgər kimi istifadə olunması müharibə cinayətdir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın uşaqları müharibəyə cəlb etdiyini sübut edən videoya cavab olaraq tvitter səhifəsində yazıb.
Hikmət Hacıyev bildirib ki, videoda Ermənistanın uşaqdan əsgər kimi istifadə etdiyi görünür. İstintaq başladılmalıdır:
“15 yaşınadək uşaqların əsgər kimi istifadəsi olunması beynəlxalq humanitar hüquqlar – müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur”.