Jurnalistlərə qarşı hücumlar beynəlxalq humanitar qaydalarla qadağandır.
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi (XİN) bəyanat verib.
XİN-in “Twitter” hesabında yer alan bəyanatda qeyd olunur ki, Ermənistan beynəlxalq qaydalarla müəyyən olunan öhdəlikləri kobud şəkildə pozaraq jurnalistlərə hücum edir:
““Euronews” əməkdaşlarına hücumu əks etdirən bu video bir daha mülki şəxslərə və jurnalistlərə hücum edən Ermənistanın simasını göstərir”.