Home Manşet Məkrli erməninin hədəfi yenə də mülki əhalidir

Məkrli erməninin hədəfi yenə də mülki əhalidir

331
0
SHARE

Azərbaycan ordusu qarşısında aciz qalanErmənistanın faşist xislətli rejimi “ənənəsinə” sadiqqalaraq məqsədli şəkildə yenə də çirkin simasını göstərir, növbəti dəfə ardıcıl şəkildə Bərdə şəhərinin dincsakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuşkaset bombalarından istifadə etməkdən çəkinmir. Əfsuslar olsun ki, 21 nəfər mülki vətəndaşımız həlak olmuş, 70-ə yaxın şəxs isə yaralanmış, şəhərdə yerləşən mülkiinfrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə küllimiqdarda ziyan dəymişdir. Bununla da Ermənistan buəməlləri ilə bir daha sivil dəyərlərdən kənar, mülkiinsanlara və azyaşlı uşaqlara qarşı xain hücumlar törədən terrorçu ölkə olduğunu növbəti dəfə sübut etdi.

Bu gün Ermənistanın terrorçuanti-insani mahiyyəti işğalçı ölkənin yalnız Azərbaycan üçün deyil, bölgədəki hər bir dövlət üçün təhdid və təhlükə mənbəyi olmasından xəbər verir. Ona görə də region dövlətləri tərəfindən də bu, aydın dərk edilməlidir. Onlar anlamalıdırlar ki, qonşudövlətlərə qarşı davamlı şəkildə ərazi iddiaları irəli sürən, ərazisində terror təşkilatları yerləşdirən Ermənistan bölgə üçünböyük təhlükədir. Region dövlətləri də, dünyaictimaiyyəti də, beynəlxalq təşkilatlar da mülki şəxslərə qarşı törədilən bu soyqırımı görməzdən gəlməməli, bubəşəri cinayətə dur deməli, Azərbaycanın haqq işini tamdəstəkləməli və terrorçu Ermənistana təzyiq göstərməklə onun neytrallaşdırılmasına nail olmalıdırlar. Çünki sülhüvə təhlükəsizliyi təmin etməyin yeganə yolu, məhz işğalçıya lazımı qiymətin verilməsidir.

Dünya da görür ki, Azərbaycan Ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə, mərmi belə atmır. Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim yurdunda, işğala son qoyulması, sülhün bərqərar olması uğrundaerməni terrorçularına qarşı savaşır. Artıq xalqın səbri tükənib. Ermənilərin illərlə xalqımıza qarşı törətdikləri buqanlı cinayətlərin hesabının verilməsi zamanı çatıb. İndihaqq-ədalətin öz yerini tutacağı zamandır. Ali BaşKomandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu 30 ildir həsrətində olduğumuz doğmatorpaqlarımızı mənfur düşməndən azad edəcək, o yerlərdə ay-ulduzlu üçrəngli bayrağımızı dalğalandıracaq.

​​Anar MƏMMƏDOV

​​Milli Məclisin deputatı