Ermənistan Bərdə şəhərində Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır.
Bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, mülki şəxsləri raket atəşinə məruz qoymaqla Ermənistan hərbi cinayət törədir:
“Dünya ictimaiyyəti Yerevanı dərhal pisləməli və gec olmadan Ermənistanı dayandırmalıdır”.
Administrasiyadan bildiriblər ki, Ankara əvvəllər olduğu kimi, sonadək qardaş Azərbaycanın yanında olacaq.