Home Dünya xəbərləri İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib

İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib

347
0
SHARE

İranda ötən sutka ərzində 415 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 33 714 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 824 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 588 648 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 012 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 467 918 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtiyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan, Yəzd və Kürdüstan vilayətləri qırmızı zonalar hesab olunurlar.

Ölkədə indiyədək 4,82 milyondan çox diaqnoz testi həyata keçirilib.