Home Manşet Tahir Rzayev: Paşinyan reallıqları qiymətləndirə bilmədi

Tahir Rzayev: Paşinyan reallıqları qiymətləndirə bilmədi

348
0
SHARE

Ermənistanda hakimiyyətin zəifləməsi və daxili parçalanma gözlənilən idi.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O bildirib ki, Paşinyanın səriştəsiz siyasətinin çox uzun sürməyəcəyi əvvəlcədən bəlli idi: “Ermənistanı idarə edən baş nazir küçədən gəlmə bir şəxsdir. Paşinyan Ermənistan hakimiyyətinə Soros Fondunun xeyir-duası ilə gəlmişdi və xarici havadarlarına xidmət edirdi. Digər tərəfdən isə Ermənistan erməni lobbisi və digər havadarlarından asılı olan bir ölkədir. Əgər ölkə başqa dövlətlər və müəyyən təşkilatlar tərəfindən idarə edilirsə, bu dövlətin sərbəst siyasət yürütməsi çox çətindir. Bunu biz Paşinyanın timsalında gördük. Əslində əvvəllər də Ermənistanda idarəçilik bu səviyyədə idi. Amma Paşinyanın dövründə bu özünü daha qabarıq biruzə verdi. Məlum oldu ki, ölkə müstəqil deyil, özünü idarə edə bilmir və xarici ölkələrin diqtəsi ilə hərəkət edir. Paşinyan səriştəsiz, təcrübəsiz bir siyasətçidir. O nəinki siyasətdən, hətta adi reallıqlardan da baş çıxara bilmir. Bu adamın siyasi analiz qabiliyyəti yoxdur. Belə bir şəxsin isə hakimiyyətdə qalması mümkünsüzdür”.

Millət vəkili qeyd edib ki, Ermənistan xalqının bu prosesdə ayağa qalxması və Paşinyan hakimiyyətini devirməsi gözləniləndir: “Paşinyan özü-özünü idarə edə bilmir. O hakimiyyətə gəldiyi ilk günlərdə söz verdi ki, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq-normalarına uyğun həll edəcək, lakin sonradan havadarları və onu hakimiyyətə gətirənlərin təzyiqi ilə sözünü dəyişdi. Bu da Ermənistanı ağır duruma saldı. Ermənistan nəinki döyüşdə, hətta beynəlxalq aləmdə də uduzub. Artıq bu ölkənin varlığı şübhə altındadır. Paşinyan reallıqları qiymətləndirə bilmədi. Paşinyan sərsəm bəyanatları və qeyri-etik hərəkətləri ilə göstərdi ki, o, ölkə idarə edəcək siyasətçi deyil”.

T.Rzayev bildirib ki, ən yaxşı halda Paşinyan istefa verməli və onun yerinə hakimiyyətə yeni və normal insan gəlməlidir.