“FranckMuller” saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub.
Trend-in məlumatına görə, bu barədə özünü “Twitter” səhifəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
H.Hacıyev bildirib: “”FranckMuller” saatlarının banisi Vartan Sermakes Azərbaycanın işğal olnumuş Kəlbəcər rayonunda və Vecnəli kəndində qanunsuz qızıl axtarışı ilə məşğul olub. Bizdə Sermakesə qarşı cinayət işinin başladılması üçün yerlərdə daha çox fakt olacaq”.